Tacikistanda zəlzələ oldu

18:47 03.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tacikistanda - Pamir dağlarında əhalinin az yaşadığı ərazilərdə 5 bal gücündə zəlzələ baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Nüvə Mərkəzinin Geofiziki Tədqiqatlar İnstitutu məlumat yayıb.

Bildirilib ki, seysmik hadisə yerli vaxtla saat 11:58-də (Bakı vaxtı ilə saat 10:58 - red.) qeydə alınıb.

Yeraltı təkanların episentri ölkənin şərqində, Düşənbə şəhərindən 294 kilometr məsafədə olub.

İlkin məlumatlara görə, dağıntı və itki qeydə alınmayıb.