Tanınmış jurnalist Araz Zeynalov vəfat edib

22:21 03.08.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tanınmış jurnalist Araz Zeynalov vəfat edib.

Hafta.az xəbər verir ki, Vesti.az saytının baş redaktorunun müşaviri Araz Zeynalov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.

A.Zeynalov rusdilli vesti.az saytının ilk baş redaktoru olub. O, uzun illər vesti.az saytına rəhbərlik edib. Xəstəlik iş imkanlarını məhdudlaşdırandan sonra isə bir müddət sayt baş redaktorunun müşaviri kimi çalışıb.

Araz Zeynalov uzun illər jurnalist fəaliyyəti ilə məşğul olub. O, "Azərbaycan gəncləri", "Panorama", "Kaspiy" qəzetlərində çalışıb.

"APA Media Group" Araz Zeynalovun vəfatından dərin kədər və üzüntüsünü ifadə edir. Dəyərli həmkarımızın ailəsinə, yaxınlarına və media camiəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

Oxunma sayı 126
Media rubrikasından digər xəbərlər