Tanışının qulağını dişləyərək QOPARDI

20:56 04.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda bir nəfər tanışının qulağını dişləyərək qoparıb.

Hafta.az xəbər verir ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Nurlan Arif oğlu Bayramovla tanışı arasında mübahisə zamanı dava düşüb.

Hadisə zamanı Nurlan Bayramov tanışı Zaur adlı şəxsin qulağını dişləyərək qoparıb.

Məlumata görə, zərərçəkənin xəsarətlərinin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub.

Əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. \Report\