Tarixçi alim vəfat etdi

14:29 30.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Milli Elmlər Akademiyası Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Pirağa Əyyub oğlu İsmayılzadə vəfat edib.

Hafta.az xəbər verir ki, 1977-ci il təvəllüdlü Pirağa İsmayılzadənin ürəktutmasından vəfat etdiyi bildirilir.

Əslən Neftçala rayonundan olan mərhum tarix üzrə fəlsəfə doktoru, dosent idi.

Allah rəhmət eləsin.