Tbilisi ruslar üçün Avropaya tranzit şəhərə çevrilir

09:15 26.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Hava Yolları - Georgian Airways Rusiyadan Avropaya Tbilisi vasitəsilə birləşdirici reyslərə başlamağa hazırlaşır.

Hafta.az-ın yazdığına görə, “Georgian Airways”in direktoru Tamaz Qayaşvili Rusiyadan Tbilisi üzərindən Milan, Paris, Vyana, Larnaka və Salonikiyə uçuşlar təşkil edəcəklərini açıqlayıb. Rusiya vətəndaşlarının Tbilisi üzərindən Avropaya daha sürətli və asan çıxış əldə edəcəyini bildirən Qayvaşvili uçuşlara kifayət qədər tələbatın olacağı gözlənildiyini deyib.

Qayvaşvili qeyd edib ki, beləliklə, Tbilisi bugünkü şəraitdə Rusiya vətəndaşları üçün “uçuş mərkəzinə” çevriləcək.

Rusiya prezidenti Vladimir Putin Gürcüstana uçuş qadağasını və viza müraciətini ləğv edib.

“Georgian Airways”, “Azimut” və “Red Wings” aviaşirkətləri Rusiyadan Gürcüstana uçuşlar təşkil edir.

Oxunma sayı 223