TDT Türkiyəyə dəstəyini ifadə edib

21:30 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün biz böyük İstanbulda baş verən partlayış nəticəsində ölən və yaralananların olmasını böyük kədər hissi ilə öyrəndik.

Hafta.az xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının "Twitter"dəki paylaşımında deyilir.

"Partlayışda həlak olanlara Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - deyə paylaşımda bildirilir. Qeyd edilir ki, bu çətin zamanda TDT Türkiyənin yanındadır.

Xatırladaq ki, İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 53 nəfər isə xəsarət alıb.