TDT-yə üzv dövlətlərin nazirlərinin birinci iclası keçiriləcək

17:37 25.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 5-də Bakı şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, tədbirdə təşkilata üzv olan (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) və müşahidəçi ölkələrin (Şimali Kipr Türk Respublikası, Macarıstan, Türkmənistan) əmək, məşğulluq, sosial müdafiə qurumlarının rəhbər şəxsləri və TDT-nin rəsmilərinin iştirakı nəzərdə tutulub.

Təşkilata üzv və müşahidəçi ölkələr arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcək iclasın yekununda Birgə Bəyənnamə imzalanacaq.