TƏBİB yeni modul tipli xəstəxanaya 100-dən çox işçi axtarır

12:34 15.06.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya vakant yerlər elan edilir.

TƏBİB-dən hafta.az-a verilən məlumata görə, maraqlanan namizədlər CV-lərini 01 iyul 2020-ci il tarixinədək [email protected] ünvanına “Modul xəstəxana” başlığı ilə göndərə bilərlər.


Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstəcək modul tipli xəstəxanaya100-dən çox vakant yer elan edilib. Xəstəxanaya tibbi heyətlə yanaşı, qeyri-tibbi heyət üçün də işçilər tələb edilir.