Təcili tibbi yardım maşınlarının sayı açıqlanıb

11:29 08.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda olan təcili tibbi yardım maşınlarının sayı açıqlanıb.

Hafta.az-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbirdə İTSDA-nın Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov deyib ki, hazırda Azərbaycanda 1300-dən artıq ambulans var.

O həmçinin qeyd edib ki, hazırda Azərbaycan üzrə 16 mərkəzi təcili yardım stansiyası fəaliyyət götərir.