“Təhsil hər zaman Birləşmiş Ərəb Əmirliklərində əsas prioritet olub” – BƏƏ səfiri

11:43 16.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Təhsil hər zaman Birləşmiş Ərəb Əmirliklərinin ən yüksək prioritetlərindən biri olub”.

Hafta.az-ın yazdığına görə, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd əl-Bluşi Dillər Universitetində fəaliyyət göstərən Şeyx Zayed adına Ərəb dili Auditoriyasında   universitetin müəllim və tələbələrin iştirakı ilə “BƏƏ-də Təhsil” mövzusunda keçirilən tədbirdə deyib. Diplomat qeyd edib ki, anlayışı artırmaq, fürsətlər yaratmaq və cəmiyyəti irəli aparmaq üçün  BƏƏ təhsilin gücünə inanır.

Səfir Əl-Bluşi tələbələrin bilikdən faydalandığı və məhsuldar şəbəkələşmə yaratdığı Şeyx Zayed Mərkəzinin təsis edilməsinin əhəmiyyətini vurğulayıb. Daha sonra səfir təhsilin mühümlüyü barədə mühazirə oxuyub və BƏƏ-in təhsil strategiyası haqqında ətraflı məlumat verib.

Səfir Məhəmməd əl-Bluşi iştirakçılarla ölkəsindəki universitetlər haqqında məlumatı paylaşıb, 1976-cı ildə təsis edilmiş ilk Birləşmiş Ərəb Əmirlikləri Universiteti (UAEU), həmçinin BƏƏ-in  təhsil sahəsindəki nailiyyətlərindən bəhs edib.

Tədbir tələbələrin ərəb dilində performansları, səfirlə sual-cavab sessiyası və UAEU-ya həsr edilmiş film ilə davam edib.