Təhsil naziri Emin Əmrullayev iyulun 22-də Lənkəran şəhərində vətəndaş qəbulu keçirəcək. Qəbulda Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonlarında qeydiyyatda olan sakinlər iştirak edəcəklər.
Bu barədə hafta.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.
Qeyd olunan şəhər və rayonların sakinləri iyulun 1-dən 15-nə kimi (saat 18:00-dək) Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-6 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi vatsap xidmətinə (0512067848) müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbulda yalnız yuxarıda göstərilən tarixlərdə müraciət etmiş şəxslər iştirak edəcəkdir. Müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.