Tək səyahəti sevən rus turistlər ən çox Türkiyəni seçir

09:38 18.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Paket tur almadan səyahət edən rus turistlərin ilk seçimi Türkiyədir. “İzvestiya” qəzeti sığorta şirkətlərinin elan etdiyi məlumatlara, eləcə də rezervasiya xidmətlərinə əsaslanan xəbərlərində Çin, Tailand və Vyetnamı ən çox üstünlük verilən xarici istiqamətlər arasında qeyd edir.

Hafta.az-ın “Rosgosstrah” sığorta şirkətinin açıqladığı məlumatlara istinadən yazdığına görə, müstəqil turistlərin yüzdə 57-si Türkiyəyə gedir. İkinci yerdə 15 faiz payla Rusiya daxilindəki istiqamətlərdir. “Alfastrahovanii” şirkəti də ən çox səyahət sığortası verdikləri istiqamətin Türkiyə olduğunu açıqlayıb.

OneTwoTrip rezervasiya xidməti rusların xaricdə ən çox otel rezervasiya etdiyi ölkənin 15,2 faizlə Türkiyə olduğunu da açıqlayıb. Bununla belə, ötən illə müqayisədə rezervasiyaların sayında 24 faiz azalma var.

Qəzetə danışan sənaye nümayəndələri, Çinin rus turistlər arasında populyarlığının “Covid” tədbirlərinin qaldırıldığı gündən bəri davamlı olaraq artdığını söyləyib. İqtisadi İnkişaf Nazirliyinin açıqladığı məlumatlara görə, 2021-ci ildə Çinə gələn rusiyalı turistlərin sayı 2 min olaraq qalarkən, 2023-cü ildə bu rəqəm 733 mini keçib.