“Ter-Petrosyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib”

19:25 28.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“1992-ci ilin martında  Qarabağdakı döyüşlərin ən ağır qızğın vaxtında Levon Ter-Petrosyan "Komsomolskaya Pravda" ya verdiyi müsahibədə bildirib ki, Ermənistan Qarabağ üçün Azərbaycanın tərkibində muxtar respublika statusuna razılıq verib”.

Hafta.az xəbər verir ki, bu məlumat “Qolos Armeniyi”(“Ermənistanın səsi”) nəşrindəki “Müharibə və Ermənistanın məğlubiyyəti Ter-Petrosyan dövründə proqramlaşdırılıb və Paşinyan dövründə həyata keçirilib”  başlıqlı məqalədəndir.

“Belə bir yanaşmanın əsası birinci prezident tərəfindən onun istefasından xeyli əvvəl qoyulub. 1992-ci ilin martında  Qarabağdakı döyüşlərin ən ağır qızğın vaxtında Ter-Petrosyan "Komsomolskaya Pravda" ya verdiyi müsahibədə bildirib ki, Ermənistan Qarabağ üçün Azərbaycanın tərkibində muxtar respublika statusuna razılıq verib...

Dəqiq sitat budur: "Erməni tərəfi aşağıdakı variantı təklif edə bilər: Dağlıq Qarabağın tam muxtariyyəti, Dağlıq Qarabağın yollarının tam açılması və Dağlıq Qarabağda normal həyatın təmin edilməsi. (...) Azərbaycanın tərkibindəki muxtariyyət statusunun bütün tərəfləri tam qane edəcəyini düşünmək istərdik. Çünki belə olan halda Qarabağ Azərbaycanın tərkib hissəsi olaraq qalır, respublikanın ərazi bütövlüyü qorunur və qarabağlılar da öz növbəsində təminatlı yaşayış  fəaliyyətinə malik olurlar.  Biz bunu istənilən səviyyədə müzakirə etməyə hazırıq " – erməni nəşrindəki məqalədə belə deyilir.