Yazını böyüt
Yazını kiçilt
Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında İdlib bölgəsində “Bahar qalxanı” əməliyyatını həyata keçirdiyi bölgədə terrorçular tərəfindən türk əsgərlərinə hücum olub.
bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, türk əsgərlərindən biri şəhid olub, dördü yaralanıb. Hadisə terrorçuların Türkiyəyə məxsus təchizat konvoyuna hücumu nəticəsində baş verib. Hücumdan sonra terror qruplaşmalarına aid hədəflər məhv edilib.