Tərtərdə 3 uşaq anası intihar etdi

17:23 22.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtərdə intihar hadisəsi olub.

Hafta.az-ın məlumata görə, hadisə rayonun Qaynaq kəndində qeyd alınıb.

Belə ki, kənd sakini - 1991-ci il təvəllüdlü Bəhmənli Pərvanə Sovet qızı yaşadığı evdə intihar edib. Onun 3 övladı var.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. ("Report")