Tərtərdə adam öldürməkdə şübhəli bilinən şəxs tutulub - FOTO

22:18 26.02.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 26-sı saat 19 radələrində Tərtər rayonu ərazisində 1984-cü il təvəllüdlü Elburus Şəmilovun öldürülməsi barədə Tərtər rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurtorluqdan hafta.az-a verilən məlumata görə, aparılan araşdırmalarla 1971-ci il təvəllüdlü Muradxan Hüseynovun rayonun Buruc kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı Elburus Şəmilova kəsici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Muradxan Hüseynov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

 

Oxunma sayı 50