Tərtərdə iki nəfər odlu silahla saxlanıldı 

11:01 25.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində tədbirlər davam etdirilir.

DİN Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon sakinləri Q.Əliyev və F.Quliyevdən qanunsuz olaraq saxladıqları "İJ" markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar aparılır.