Tərtərdə pulemyot və patronları aşkalanıb

10:37 10.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər rayonunda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları xidmətdə olan zaman Həsənqaya kəndi ərazisində 1 ədəd pulemyot və 89 ədəd patron aşkar edərək götürüblər.

Faktla bağlı araşdırma aparılır.