Tərtərdə qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

13:25 22.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri tədbirlər nəticəsində qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Tərtər rayonunun Hüsənli kəndi ərazisində Ağdam rayon sakini Bəxtiyar Abbasov və Bərdə rayon sakini Zahir Məmmədov qanunsuz ov etmək istədiklərinə görə saxlanılaraq polis şöbəsinə gətiriliblər. Onlardan 16 kalibrli ov tüfəngi və 20 patron maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.