Tərtərdə silah-sursat aşkar edilib

10:35 27.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silahların tapılaraq yığılması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 2 avtomat, 4 tüfəng, qumbaralar, avtomat daraqları və patronlar aşkar olunaraq götürülüb.