ABŞ immiqrantlarla bağlı mövqeyini sərtləşdirdiyi bir vaxtda, Texas ştatında yeni immiqrasiya qanunu qüvvəyə minib.
Hafta.az-ın yazdığına görə, SB4 kimi tanınan yeni qanun ABŞ-a qeyri-qanuni yollarla daxil olmağı dövlət cinayəti hesab edir. Qanun həbs və istintaqdan sonra Texas ştatının hakimiyyət orqanlarına geniş cinayət səlahiyyətləri verir.
Tutulan immiqrantlar həbs olunaraq məhkəmə qarşısına çıxarıla, hakim immiqrantı deportasiya edə bilər. Deportasiyanın qəbul edilmədiyi və ya qeyri-qanuni ölkəyə girişin təkrar olunduğu hallarda mühacir 20 ilə qədər həbs cəzasına məhkum edilə bilər.
Qanun dünən Texas ştatının qanunverici orqanı tərəfindən qəbul edilib. Ancaq sərt cəzalar ehtiva edən qanun mühacirləri dayandırmaq üçün kifayət deyil. Eagle Pass yaxınlığındakı Rio Grande keçid məntəqəsi hələ də mühacirlərlə məşğul olaraq qalır.
ABŞ sərhəd orqanları 17 dekabr bazar günü, Meksikadan keçən qatarla immiqrant qaçaqmalçılığının artması aşkarlandıqdan sonra Texasla Meksika arasında yük daşıyan iki dəmir yolu körpüsünü bağlayıb.