“Bəzi təxribatçı qüvvələr keçirilən dinc aksiyadan yararlanaraq, prosesi tamam fərqli istiqamətə yönəltdi”.
Hafta.az-ın yazdığına görə, bu sözləri qazax politoloq, Dr. Talqat Kaliyev deyib. Onun sözlərinə görə, Qazaxıstanda baş verənləri iki hissəyə ayırmaq lazımdır. "Birincisi, tamam dinc, qanuni şəkildə keçirilən aksiya idi. Nümayişçilər konstitusiyanın verdiyi fikirlərini azad ildirmə haqqından yararlanaraq yetərincə haqlı olaraq, sosial tələblər səsləndirirdilər. Amma sonradan aksiyalarla heç bir əlaqəsi olmayan addımlar atıldı – mühafizə olunan və olunmayan binalar talan edildi, yandırıldı, dövlətə və millətə ziyan vuruldu. Özü də bunları edənlər xüsusi təlim keçmiş qüvvələr idi ki, qəfil ortaya çıxdılar", - T.Kaliyev bildirib.
Politolqun fikrincə, baş verənlərin ikinci hissəsi terror təhdidi edidir. “Hesab edirəm ki, terror təhdidlərinə qarşı hərbi qüvvələrin gücündən istifadə tamam qanuni və vaxtında atılmış addım idi. Amma yenə də fikrimdə qalıram ki, hökumət etirazçıların haqlı sosial tələblərini dinləməli və problemləri aradan qaldırmalıdır,- cənab Kaliyev deyib.