Təyyarə qəzasında həlak olanların meyitləri hələ hadisə yerindədir

15:15 18.07.2011
Yazını böyüt
Yazını kiçilt
VÜSAL TAĞIBƏYLİ. “HƏFTƏ İÇİ“.
Azərbaycan iyulun 7-nə keçən gecə Əfqanıstanda qəzaya uğramış təyyarənin ekipaj üzvlərinin meyitlərini qəza yerindən götürmək üçün bütün imkanlardan istifadə edir. Bu barədə Azərbaycanın Pakistanda və Əfqanıstandakı səfiri Daşqın Şikarov bildirib. “Nəqliyyat Nazirliyi və Əfqanıstan XİN-in yüksək rütbəli nümayəndələri bu gün telefonla məni inandırıblar ki, əfqan tərəfi bu məsələdə Azərbaycana hər cür mümkün köməyi göstərəcək“, - səfir deyib. “Əfqanıstan hakimiyyəti artıq müəyyən şəxslərlə təyyarənin ekipaj üzvlərinin meyitlərinin Kabilə çatdırılması üçün danışıqlar aparır və bu gün qəza yerinə xüsusi vertolyot yola düşməli idi. Lakin dünənki hadisələrdən sonra paytaxtda yüksək səviyyəli həyəcan elan edilib və bu səbəbdən şəhərdə hərəkət məhdudlaşdırılıb“, - Şikarov qeyd edib. Əfqanıstan prezidentinin müşaviri Can Məhəmməd Mücahid və ölkə parlamentinin Aşağı palatasının deputatı Məhəmməd Haşim Vatanval dünən Əfqanıstanın Kapisa əyalətində qətlə yetiriliblər. Bu barədə Əfqanıstan XİN-dəki mənbə “RİA Novosti“yə məlumat verib. Prezidentin müşavirinə şam yeməyi zamanı hücum edilib. Evə soxulan beş nəfər mühafizəçiləri güllələyib və məmurları qətlə yetirib. İndiyədək bu hücuma görə məsuliyyəti mərkəzi hakimiyyətə müxalif olan qruplaşmalardan heç biri öz üzərinə götürməyib. “İyulun 6-na keçən gecə Əfqanıstanda qəzaya uğramış “Silk Way“ aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsinin 9 ekipaj üzvündən 5-i Azərbaycan, digər ekipaj üzvləri isə Özbəkistan vətəndaşları olublar. Bütün ekipaj üzvləri həlak olub“, - səfir Əfqanıstanın rəsmi şəxslərinə istinadən deyib.
rubrikasından digər xəbərlər