Yazını böyüt
Yazını kiçilt
Ötən il Rusiyada Tobolsk-Sankt-Peterburq reysi ilə uçarkən təyyarəsi quşla toqquşan "Rusiya Hava Yolları" Tobolsk hava limanından 40 milyon rubl (436 min dollar) təzminat tələb edib.
Hafta.az-ın yazdığına görə, ötən ilin yazında Tobolskdan havaya qalxan “Superjet 100” model sərnişin təyyarəsi quşa dəyib və mühərriki zədələndikdən sonra hava limanına qayıdıb.
Aviaşirkət hava limanından təyyarənin təmiri ilə bağlı xərclərin, habelə gecikmə ilə əlaqədar sərnişinlərə və ekipaj üzvlərinə ödənilən ödənişlərin qaytarılmasını tələb edib.
Şirkət hadisənin hava limanının məsuliyyət zonasında baş verdiyi üçün məhkəməyə müraciət etdiyini açıqlayıb.