“Tezliklə Gürcüstanın maraqları ilə hərəkət edən yeni prezidentimiz olacaq” - Levan Mqaloblişvili

09:05 28.11.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Gürcü Arzusu – Demokratik Gürcüstan”ın fəxri sədri Bidzina İvanişvili Mixeil Qavelaşvilini prezidentliyə namizəd olaraq təqdim edib. Gürcüstanın tezliklə həmişə ölkənin maraqları ilə hərəkət edən yeni prezidenti olacaq”.

Hafta.az-ın yazdığına görə, bunu Abxaziya Muxtar Respublikası hökumətinin sədri Levan Mqaloblişvili rəsmi “Facebook” səhifəsində yazır.

Abxaziya hökumətinin sədri Mixeil Qavelaşviliyə ölkənin birləşməsi işində uğurlar arzulayıb.

“Mixeil Qavelaşvili hər şeyi vətən sevgisi ilə edən vətənpərvər insandır və ona ölkənin rifahı naminə uğurlar arzulayıram. İnanıram ki, biz hamımız birlikdə bizi istədiyimiz məqsədə – ölkənin yenidən birləşməsinə və tamamlanmasına addımlar atacağıq”, – Levan Mqaloblişvili yazıb.