“Thinking Reeds” kitabının müəllifi həbs edildi

12:20 27.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

SSRİ-nin parçalandığı dövrdə - 1991-ci ildə Türkiyədə nəşr etdirdiyi “Düşünən qamışlar” kitabı ilə tanınan rus sosioloq və politoloq Boris Kaqarlitski “İnternet vasitəsilə terrora çağırış” ittihamı ilə həbs edilib.

Hafta.az-ın yazdığına görə, FTX əvvəllər xarici agent elan edilən 64 yaşlı Kaqarlitskini "internet vasitəsilə terrora çağırış" ittihamı ilə günahkar bilib və barəsində iki ay müddətinə həbs qərarı verilib.

İttiham üçün göstərilən sübut kimi YouTube-da ötən ilin oktyabrında Krım körpüsündə baş verən partlayışın yayımlanan videosu göstərilib.

Məhkəmə zamanı Kaqarlitski “işin siyasi olduğunu” bildirib. Moskvada yaşayan Boris Kaqarlitski istintaq çərçivəsində Komiyə köçürülməsinin səbəblərini bilmədiyini deyib.

İclas prokurorun tələbi ilə mətbuata qapalı keçirilib. İstintaqın gedişatı dövründə Boris Kaqarlitski təcridxanasının yerləşdiyi Sıktıvkarda qalacaq.

Boris Kaqarilitski 1825-ci ildən bu günə qədər rus ziyalısının yaşadıqlarını, edilən təzyiqləri və transformasiyasını təsvir etdiyi və Metis Nəşriyyatında çap etdirdiyi ilk kitabı ilə Türkiyədə məşhurdur.