İyun ayını 17-i həkimlər günüdür. İnsanların sağlamlığı üçün öz canlarını təhlükəyə atan tibb işçiləri ən böyük mükafata layiqdirlər.
Beynəlxalq həkimlər günü və koronavirus pandemiyası ilə mübarizədə göstərilən səyləri hafta.az-a şərh edən millət vəkili Məlahət İbrahimqızı bildirdi ki, bu gün insanlarımızın sağlamlığı üçün həkimlərimiz durmadan çalışırlar: "Dünyada koronavirus pandemiyası ilə mübarizə aparan hər bir tibb işçisi böyük fədakarlıq göstərir. Dövlət başçısı buna görə tibb işçilərinə təşəkkürünü bildirib. Parlamentdə də həkimlərimizə xalq adından minnətdarlıq bildirilib. Həkimlərimiz heç nə düşünmədən vətəndaşların sağlamlığı üçün çalışırlar. Prezident tərəfindən çox gümanki o insanlar mükafatlandıracaqlar. Bir daha arzulayaq ki, bəşəriyyət, eləcə də Azərbaycan bu bəladan uzaq olsun. İnşallah bu mübarizəmiz uğurla bitər. Dövlət başçısı həmçinin o o həkimlərin maaşlarını da artırır. Bu da bir diqqətdir".