Tibb Universitetini bitirən tələbələrin bəziləri qeyri peşəkar kadrlardır - Könül Əhmədov

14:30 14.12.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Tibb Universitetini bitirən tələbələrin bəziləri qeyri peşəkar kadrlardır.

Bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İşçi Qrupunun rəhbəri, Kliniki Tibbi Mərkəzin direktoru Könül Əhmədov "Əhalinin icbari tibbi sığorta haqqında maarifləndirilməsində medianın və vətəndaş cəmiyyətinin rolu" mövzusunda təlimindəki çıxışında bildirib:

"Hazırda ölkə səhiyyəsində çox ciddi kadr çatışmamazlığı var. Diplomlu 20000 həkim var. Buna baxmayaraq, standartlara cavab verən, peşəkar həkim qat-qat azdır. Mən özüm də Tibb Universitetinin məzunuyam və bilirəm ki, həmin universiteti bitirən tələbələrin bəziləri oranı necə bitirib. Hər bir vətəndaşın həkim seçmk hüququ var. Xəstələr də təbii olaraq daha savadlı, peşəkar mütəxəssislərə üstünlük verirlər. Qeyri peşəkar həkimlərin xəstəsi olmur. Sonra da deyirlər ki, "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi maaş vermir". Bəli, siz elə ac qalmalısınız. Bizim hazırda 17000 manat maaş alan cərrahlarımız da var, 2000 manat maaş alan ginekoloqlarımız da var, 300 manat maaş alanlar da".