Tovuzda minik avtomobili yanıb

23:18 29.05.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Tovuz şəhərində “VAZ” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildirilib ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.