Yazını böyüt
Yazını kiçilt
Tovuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin təşəbbüsü ilə Tovuzda könüllü qanvermə aksiyası təşkil olunub. Qanvermə aksiyası hemofiliya və talassemiyadan əziyyət çəkən insanların qanla təminatına yardım məqsədi daşıyır.
Hafta.az xəbər verir ki, Diaqnostika və Hemodializ Mərkəzində keçirilən aksiyada hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, eləcə də rayon sakinləri könüllü qan verərək, ehtiyat qan bankının zənginləşdirilməsinə dəstək olublar.
