“Toyota” Rusiyada istehsalı dayandırıb

09:21 10.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Toyota Motor” şirkəti Rusiyada avtomobil istehsalını dayandırıb.

Hafta.az-ın TASS-a istinadla xəbərinə görə, korporasiya eyni zamanda Rusiyaya hazır avtomobil ixracını da dayandırıb. Bu qərar təchizatda yaranan problemlərlə izah olunur.

Şirkətin açıqlamasında bildirilir ki, Sankt-Peterburqdakı zavodda ehtiyat hissələri olmadığına görə istehsal tam dayanıb. İxrac zəncirindəki problemlərə görə Federasiyaya avtomobil ixracı da dayandırılıb.