Tramp Konqresdə xalqa illik müraciətini edib

08:55 25.02.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ Prezidenti Donald Tramp Konqresdə ölkədəki vəziyyətə dair illik müraciətini edib.

Hafta.az xəbər verir ki, “State of Union” adlı ənənəvi müraciətdə o xalqa geri qayıtdığını bildirib.

O bildirib ki, ABŞ xalqı heç zaman olmadığı kimi güclü və böyük və yaxşıdır:

“Bu il 4 iyulda biz yer üzündə indiyə qədər mövcud olmuş ən inanılmaz və müstəsna millətin azadlıq, zəfər və tərəqqisinin 250 illiyini qeyd edəcəyik. Bu, Amerikanın qızıl dövrüdür”.

O deyib ki, bir ilin yekununda ABŞ əvvəllər heç kəsin görmədiyi dəyişikliyə nail olub. Onun sözlərinə görə, ölkə sərhədləri bu gün təhlükəsizdir.