Yazını böyüt
Yazını kiçilt
ABŞ Prezidenti Donald Tramp yenidən prezident seçkilərində qalib gəldiyini iddia edir.
Hafta.az xəbər verir ki, bu barədə o, özünün tvitter hesabında yazıb.
Donald Tramp ona verilən səslərin oğurlandığını vurğulayıb:
“Seçkilərdə qalib gəldim, 71 milyon qanuni səs aldım. Müşahidəçilərin səslərin sayıldığı otaqlara girməsinə icazə verilməyib. Müşahidəçilərimizin görməsinə icazə verilmədiyi pis şeylər oldu. Əvvəl belə şey heç olmamışdı. Milyonlarla poçt bülleteni heç vaxt tələb etməyən insanlara göndərildi".
Qeyd edək ki, yerli mətbuat 290 seçiçi səsini qazanan Demokrat Partiyasının namizədi Co Baydenin ABŞ-ın prezidenti seçildiyini bildirib.