Tramp prezidentlik kampaniyasına başlayacaq

16:56 15.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın keçmiş prezidenti Donald Tramp noyabrın 15-i axşam saatlarında 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini bəyan etmək niyyətindədir, The Guardian mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, siyasətçi aralıq Konqres seçkilərində Respublikaçılar Partiyasının uğursuzluqlarına baxmayaraq, prezidentlik kampaniyasına başlamağa hazırdır.

Qəzetin mənbələri iddia edir ki, ABŞ-ın keçmiş prezidenti çıxışında onun seçki kampaniyasının əsasını təşkil edə biləcək bir sıra siyasi məqsədləri ətraflı izah edəcək.

The Guardian qeyd edir ki, Trampın bəzi müşavirləri bəzi ştatlarda Respublikaçılar üçün səsvermənin ikinci turunun nəticələrinə mənfi təsir göstərəcəyindən ehtiyat etdikləri üçün onu bəyanatını Konqres seçkiləri tam başa çatana qədər təxirə salmağa çağırıb. Bununla belə, nəşr vurğulayır ki, siyasətçinin komandasının əsas nümayəndələri onu zəiflik nümayiş etdirməmək üçün prezidentlik kampaniyası ilə bağlı planları dəyişməməyə çağırıblar.