Tullantıların idarə edilməsində nəzarət gücləndirilməlidir - Səadət Bənənyarlı

12:22 12.09.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qarşıdan COP-29 kimi mötəbər beynəlxalq tədbir gəlir. Ölkə ərazisində tullantıların idarə edilməsi məsələsində daha ciddi addımlar atmalıyıq.

Hafta.az xəbər verir ki, bunu Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin İdarə Heyətinin sədri Səadət Bənənyarlı QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə keçirilən Tullantılar haqqında Qanunun icra vəziyyətinə dair ictimai müzakirələr zamanı deyib.

S.Bənənyarlı qeyd edib ki, yaşayış binalarında məişət tullantılarının və bərk tullantıların ərazilərdən daşınması məsələsində bələdiyyələrdən çox şey asılıdır və onlar öz üzərilərinə düşən vəzifələri yerinə yetirməlidirlər.

“Paytaxtda və regionlarda tullantıların daşınması prosesi yaxşı təmin edilməyib. Mən hər səhər yaşadığım ərazidə məişət tullantılarının pis qoxusuna oyanıram. Bu, əlbəttə ki, yaxşı hal deyil. Nəzarət gücləndirilməlidir”, - deyə QHT rəhbəri bildirib.