Tunisdə təxminən 1500 çörək zavodunun çörək istehsalını dayandırmaq qərarına gəldiyi bildirilir.
Hafta.az-ın yazdığına görə, Tunis Milli Təsisatlar Konfederasiyası - CONNECT, ölkənin hər yerindən çörəkçilərin iştirak etdiyi bir bəyanat yayımladı. Bu açıqlama CONNECT-in Facebook səhifəsində paylaşılıb.
Açıqlamaya görə, konfederasiyanın çətiri altında toplantı təşkil edən çörəkçilər, təxminən 1500 çörək sexi ilə çörək istehsalını dayandırmaq qərarına gəliblər. Qərar konfederasiyaya bağlı çörəkçilərin birgə hərəkəti kimi qiymətləndirilir.
Qərarın səbəbi və ya müddəti barədə ətraflı məlumat yoxdur. Üstəlik, bununla bağlı Tunis səlahiyyətlilərindən də heç bir izahat verilməyib.
Son dalğalanmalar Tunisdə çörək istehsalı böhranı və qıtlığı səbəbindən sexləri qarşısında uzun növbələr müşahidə olunub.