Kütləvi turizmə qarşı etirazlar son vaxtlar gündəmdə olsa da, BBC turistləri səmimi qəlbdən qarşılayan 4 ölkəni sadalayıb.
Hafta.az-ın yazdığına görə, İspaniyada turistlərə qarşı etirazlar, Yaponiyada turist sıxlığına qarşı görülən tədbirlər diqqət çəkir, bəzi ölkələr isə iqtisadiyyatlarını canlandırmaq və iş imkanlarını artırmaq üçün turizmə ehtiyac duyur.
Qrenlandiya
Danimarkaya bağlı ada muxtariyyətinin inzibati paytaxtı Nuukda bu il tamamlanması nəzərdə tutulan yeni hava limanı ilə daha çox turist qəbul etməyə hazırlaşdığı bildirilir.
2026-cı ildə tamamlanması gözlənilən yeni hava limanının tikintisinin turistlərin üstünlük verdiyi şimaldakı İlulissatda davam edir.
Qrenlandiyada iki növ turizm inkişaf edib. Bunlardan biri qayayadırmanma və balina seyri kimi fəaliyyətlərin təşkil edildiyi macəra turizmi, digəri isə gecə səmasında Şimal İşıqlarını və ulduzları seyr etməyə yönəlmiş yaşayış və ekskursiyalardan ibarətdir.
Bildirilir ki, ölkədə turizm həm hava limanlarının xərclərini ödəmək, həm də gələcək üçün məşğulluq və sabitlik təmin etmək üçün fürsət olaraq görülür.
Mərakeş
Mərakeş 2030-cu ildə İspaniya və Portuqaliya ilə birlikdə Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək. Ona görə də Şimali Afrika ölkəsi bunu turizmi canlandırmaq üçün böyük fürsət olaraq görür.
Ölkədə bir çox otel və infrastrukturun tikintisinə başlayan turizm agentliklərindən biri olan Flee Winter-də çalışan Barbara Podbial, turizmin Mərakeşə müsbət təsir etdiyini deyir:
Küçələrin təmizliyindən demək olar ki, çox təhlükəsizdir və insanlar sizi əvvəlki kimi əşyalar almağa məcbur etmirlər..
Serbiya
Əvvəllər paytaxt Belqradda olduğu kimi daha çox şəhər turizminə diqqət yetirilirdi. Ancaq turizmin kənd iqtisadiyyatını canlandıracağı başa düşüldükdə, turistlərin spa və sağlamlıq imkanları ilə bu bölgələrə cəlb edildiyi bildirilir.
İngilis səyahət agenti Cox & Kings-dən Corc Kolvin-Sli deyir: "Serbiyada insanlar "turisti" müsbət bir şey kimi qəbul edirlər. Bu, bir çox insanlar üçün kəşf edilməyib, biz Albaniya və Bosniyaya daha çox insan göndəririk. Lakin Serbiyayada da həqiqətən təsiredici yerlər çoxdur".
Gürcüstan
Gürcüstan turizm gəlirlərini artırmaq üçün yeni siyasətlər hazırlayır. Bildirilir ki, “əlil ziyarətçilərdən tutmuş müstəqil səyahətçilərə və kruiz gəmisi ilə gələn turistlərə qədər hər kəsə xidmət göstərilir”.
Qara dəniz sahilində yerləşən ölkə Türkiyə, Rusiya, Azərbaycan və Ermənistanla həmsərhəddir və Tiflis rəhbərliyi 10 illik inkişaf planında turizmə önəm verir. Plana ölkənin müxtəlif bölgələrinə girişin asanlaşdırılması, ictimai nəqliyyatın yaxşılaşdırılması və kruiz gəmiləri üçün uyğun limanların sayının artırılması kimi hədəflər var.