Turistlərə Qurban bayramı xəbərdarlığı

11:30 13.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya Tur Operatorları Birliyi (ATOR) Türkiyədə istirahət etməyi planlaşdıran rusiyalı turistlərə uzun Qurban bayramı tətili səbəbiylə tez hərəkət etmələrini tövsiyə edib.

Hafta.az-ın yazdığına görə, ATOR xəbərdarlıq edib ki, doqquz günlük Qurban bayramı ilə əlaqədar Türkiyədə otellər dolu ola bilər. Odur ki, iyunun sonu, iyulun əvvəlində Türkiyəyə getmək istəyən turistlər otellərdə öz turistik yerlərini bron etməyə tələsməlidirlər.

Rusiyalı turoperatorlar da turistləri məlumatlandırıblar ki, bu dövrdə Türkiyəyə tur qiymətləri arta və otellərdə otaq tapma imkanları aşağı düşə bilər.