Türk Şurasının XİN başçıları görüşəcək

22:17 21.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 27-də Türk Şurası üzv dövlətlərinin xarici işlər nazirlərinin iclası keçiriləcək.

Hafta.az xəbər verir ki, toplantı Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) 2009-cu ildə Türkdilli dövlətlər arasında hərtərəfli əməkdaşlığın təşviq edilməsi məqsədilə beynəlxalq hökumətlərarası təşkilat kimi yaradılıb. 

Təşkilatın dörd qurucu üzv dövlətləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədir.