Türkiyə daha 100 vətəndaşını Kabildən çıxardı

23:55 20.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Əfqanıstanın paytaxtı Kabil şəhərində yerləşən hava limanına sığınan daha 100 vətəndaşını təxliyyə edib.

Hafta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilir ki, 100-dən çox Türkiyə vətəndaşı ölkənin Silahlı Qüvvələrinə aid C-130 “Herculus” hərbi nəqliyyat təyyarəsi ilə İstanbula gətirilib.

Təxliyyə edilənlər arasında şəhər mərkəzindən Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən xilas edilən 5 tibb işçisi də var.