Rusiyanın Ukraynaya qarşı başlatdığı hərtərəfli işğal hücumları aramsız davam edərkən, Türkiyənin vasitəçiliyi ilə 2025-ci ilin mayında başlayan danışıqların üçüncü raundu İstanbulda baş tutdu.
Hafta.az-ın yazdığına görə, tammiqyaslı atəşkəsin əldə edilməsi, qaçırılan ukraynalı uşaqların Rusiyaya qaytarılması, hərbi əsirlərin dəyişdirilməsi və rəhbərlik səviyyəsində görüşə hazırlıq məsələlərinin müzakirə edildiyi toplantıya Türkiyənin xarici işlər naziri Hakan Fidan Çırağan sarayında ev sahibliyi edib. Görüşdən sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgiy Tiy Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi, Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın 23 iyuldan əvvəl Ankarada keçirdiyi görüşü şərh edərək, Ərdoğanın sülh prosesində mühüm rol oynadığını vurğulayıb. O, "Bir çox məsələləri həll etmək potensialına malik bir liderlə çox əhəmiyyətli bir görüş oldu. Biz prezident Ərdoğanın Ukraynanın ərazi bütövlüyü ilə bağlı liderliyini, dəstəyini və qətiyyətli mövqeyini həqiqətən yüksək qiymətləndiririk" deyib. Tiy prezident Ərdoğanın müharibənin birinci ilində Qara dəniz Taxıl Müqaviləsini dəstəklədiyini xatırladaraq, "Bu təşəbbüs müharibənin ilk ilində təsirli oldu. Bu, dəniz ticarətinin və taxıl ixracının yenidən başlamasına kömək etdi. İndi onun sülh prosesinin irəliləməsi üçün nə qədər səy və vaxt sərf etdiyini görürük" deyib.
Türkiyənin özünəməxsus dialoq platforması yaratdığını qeyd edən Tiy bildirib ki, Türkiyə heç kimin edə bilmədiyini etdi və bu, əvəzolunmazdır.
Ukrayna və Rusiya arasında danışıqların əsas diqqət mərkəzində olan atəşkəsdən danışan XİN sözçüsü vurğulayıb ki, humanitar dəhliz atəşkəslə qarışdırılmamalıdır. Ukraynanın xarici işlər naziri Andriy Sybihanın atəşkəslə bağlı sözlərinə diqqət çəkən Tiy, yaşayış məntəqələrinin bombalanmasının, quru, dəniz və hava hücumlarının dayandırılması ilə tam atəşkəsin əldə ediləcəyini bildirib.