Beynəlxalq Turizm Təşkilatı 2019-cu ildə ən çox turist qəbul edən ölkələrin siyahısını açıqlayıb.
Hafta.az yazır ki, qardaş Türkiyə siyahıda 6-cı pillədədir. Cümhuriyyət tarixində rekorda imza atan Türkiyəyə ötən il 52,5 milyon turist gəlib.
Siyahıya 90 milyondan çox turist qəbul edən Fransa başçılıq edir. Yeni siyahıda 83,8 milyon nəfərlə İspaniya ikinci, 78,7 milyon turistlə ABŞ üçüncü, 67,5 milyon nəfərlə Çin dördüncü, 64,6 milyon nəfərlə İtaliya beşinci yerdə qərarlaşıb. Yuxarıda qeyd etdiyimiz kimi, altıncı sırada Türkiyə, yeddinci pillədə Meksika, səkkizinci yerdə Tailand, doqquzuncu sırada Almaniyadır və nəhayət ilk onluğu Böyük Britaniya tamamlayır.
Dünya Turizm Örgütün verilerinde artış oranına göre ise Türkiye yüzde 14 ile 14'üncü sırada yer aldı. Ziyaretçi sayısını en çok artıran ülkeler sıralamasında Mynmar yüzde 40,2, Porto Riko yüzde 31,2, İran yüzde 27,9, Özbekistan yüzde 27,3, Karadağ yüzde 21,4, Mısır yüzde 21,1 olarak yer aldı.
Beynəlxalq Turizm Təşkilatının açıqlamasına əsasən, Özbəkistan, Azərbaycan və Qazaxıstan turizm müstəvisində ən sürətli inkişaf edən 20 ölkənin siyahısında yer alıb.