ABŞ Ankaraya F-16 qırıcılarının satışını təsdiq edərsə, Türkiyə İsveçin NATO-ya daxil olmasını dəstəkləyəcək. Hafta.az xəbər verir ki, bu barədə Türkiyənin "Hürriyet" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Finlandiya və İsveçin üzvlük məsələsi gündəmə gələndən sonra bu məsələdə pərdəarxası müsbət nəticələr əldə edildiyi barədə “şayiələr dolaşır”.
Hökumət dairələrinə yaxın qəzet köşə yazarı Abdulkadir Selvi bəzi ölkələrin Türkiyəyə tətbiq etdiyi silah tədarükünə tətbiq edilən “gizli embarqo”nun aradan qaldırıldığını bildirib.
“Hürriyet”in də vurğuladığı kimi, İsveçin müraciətini təsdiqləmək Türkiyə üçün problem deyil və bütün məsələ ABŞ-ın etibarsızlığıdır. Nəşr hesab edir ki, bu inam yaranarsa, İsveçin yolu açılacaq.