Türkiyə Mərkəzi Bankı cümə axşamı əsas faiz dərəcəsini 1,5 faiz bəndi azaldaraq 9%-ə endirib. Bu barədə tənzimləyicinin məlumatında deyilir.
Oktyabrda da dərəcə azaldılıb - 12%-dən 10,5%-ə. Türkiyə Mərkəzi Bankının qərarı faiz dərəcəsini hər ay aşağı salacağını vəd edən prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsinə uyğun gəldiyini düşünən əksər analitiklərin fikri ilə üst-üstə düşüb.
Tənzimləyicinin açıqlamasında belə bir faiz endirimi ilə bağlı qərarın “qlobal tələbat üçün artan riskləri nəzərə alaraq cari məzənnənin adekvat olduğu, bununla əlaqədar olaraq faiz dərəcələrinin endirilməsi dövrünün başa çatdırılması qərara alındığı” qeyd edilib. Türkiyədə sentyabrda illik inflyasiya, rəsmi məlumatlara görə, bir ay əvvəlki 80,21% ilə müqayisədə 83,45% təşkil edib.