“Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir” - Hulusi Akar

13:06 03.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Almaniya ilə Türkiyə Silahlı Qüvvələrinin ehtiyacı olan müxtəlif silah sistemləri, ləvazimat və ehtiyat hissələri məsələsində çox sıx əməkdaşlığımız var”.

Hafta.az-ın xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, qarşıdakı vaxtlarda bu çərçivədə müsbət irəliləyişlər gözlənilir.

Nazir qeyd edib ki, Türkiyə PUA istehsalında aparıcı mövqeyə malikdir.

“PUA-lar da daxil olmaqla, bir çox məsələdə əməkdaşlığımızı davam etdirə bilərik”, - deyə türkiyəli nazir vurğulayıb.apa