Türkiyə Rusiyanın “Bayraktar”larla bağlı şikayətinə cavab verdi

17:05 09.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Xəbər verildiyi kimi, Rusiya Ukrayna ordusunun Türkiyə istehsalı olan “Bayraktar” pilotsuz uçan aparatlarından istifadə etməsi ilə bağlı Türkiyə hakimiyyətinə şikayət edib.

Hafta.az “CNN”-ə istinadla xəbər verir ki, cümə günü media üçün brifinqdə danışan bir Türkiyə rəsmisi Ankaranın mövzu ilə bağlı Moskvaya cavab verdiyini bildirib.

Rəsminin sözlərinə görə, Ankaranın cavabında bildirilir ki, Türkiyənin pilotsuz təyyarə istehsalçısı “Baykar Technologies” özəl şirkətdir və Ukrayna tərəfindən bəhs edilən qurğuların alınması müharibədən əvvəl başa çatıb.