Yazını böyüt
Yazını kiçilt
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ağdam-Xankəndi yolundan video-paylaşım edib.
Hafta.az xəbər verir ki, səfir yazıb:
“Fərruxdayıq. Xocalı, Ağdərə, Xankəndi göründü!”
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gediblər.
Xatırladaq ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə 40 ton un məmulatının Ağdam-Xankəndi yolu ilə ünvana çatdırılması nəzərdə tutulur.