Yazını böyüt
Yazını kiçilt
Hafta.az “Neytral Türkmənistan” qəzetinə istinadən xəbər verir ki, Ankara Türkmənistandan Avropaya tranzit təbii qaz tədarük etməyə hazır olduğunu bəyan edib.
Nəşrin məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Aşqabad səfərinin yekunları üzrə deyib. Parlamentin sədri ölkələr arasında ticarət-iqtisadi sahədə əlaqələrin qurulması üçün geniş perspektivlərin olduğunu vurğulayıb və əlavə edib ki, Türkiyə Türkmənistan təbii qazını tranzitlə Avropaya çatdırmağa hazırdır.
Bundan əvvəl xəbər verilmişdi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə Aşqabada planlaşdırılan səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə ölkəsində qaz mərkəzinin yaradılmasını müzakirə etmək niyyətindədir.