Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşü planlaşdırılır

17:37 07.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yaxın vaxtlarda Türkiyə və Ermənistanın xüsusi nümayəndələrinin görüşü planlaşdırılır.

Hafta.az-ın məlumatına görə, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan öz "Facebook" səhifəsində yazıb.

Görüşün Ermənistanda baş tutacağı qeyd edilib.

"Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesi çərçivəsində yaxın günlərdə Ermənistanda xüsusi nümayəndələr Ruben Rubinyan və Serdar Kılıçın görüşü planlaşdırılır", - deyə bildirilib.