Türkiyə XİN Azərbaycan xalqını təbrik edib

10:38 15.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Xarici İşlər Nazirliyi Bakının erməni-bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Azərbaycan xalqına təbrik ünvanlayıb.

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabına paylaşım edilib.

"Can Azərbaycanın paytaxtı Bakının işğaldan qurtuluşunun 107-ci ildönümü münasibətilə qardaş Azərbaycan xalqını ən səmimi arzularımızla təbrik edirik. Azərbaycanın müstəqilliyi uğrunda canlarını fəda edən bütün şəhidlərimizi rəhmət, minnət və dərin ehtiramla yad edirik", - deyə paylaşımda bildirilib.